Abşeronda ər 48 yaşlı arvadını öldürüb
Tarix: 29-04-2024 09:06 | Bölmə: Xəbərlər
Abşeronda ər 48 yaşlı arvadını öldürüb

Aprelin 28-də saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Reyting.az
DİN-nin Mətbuat xidmətinə istinadla bildirir ki, cinayət əməlini törətməkdə Sevinc Ağayevanın həyat yoldaşı Laçın Ağayev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

***

Aprelin 28-də saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1976-cı il təvəllüdlü Sevinc Əhmədağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Reyting.az
Abşeron Rayon Prokurorluğuna istinadla xəbər verir ki, araşdırma zamanı 1974-cü il təvəllüdlü Laçın Əhmədağayevin yaşadıqları evdə arvadı Sevinc Əhmədağayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Laçın Əhmədağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.




Bölməyə aid digər xəbərlər
10-05-2024, 12:51 Sabiq rektora hökm oxunub

{sape_links}{sape_article}