Ukraynaya daha 95 milyon dollarlıq hərbi yardım ayrılıb
Tarix: 29-04-2024 00:01 | Bölmə: Xəbərlər
Ukraynaya daha 95 milyon dollarlıq hərbi yardım ayrılıb

Ukraynaya daha 95 milyon dollarlıq hərbi yardım ayrılıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avstraliya baş nazirinin müavini və müdafiə naziri Riçard Donald Marles açıqlama verib.

O bildirib ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal ilə görüşdə onu məlumatlandırıb: "95 milyon dolarlıq paketin təxminən 50 milyon dollarlıq hissəsinə qısa mənzilli hava hücumundan müdafiə sistemi daxildir. Qalan 30 milyon dollarlıq pilotsuz uçuş sistemi, 15 milyon dollarlıq isə dəbilqə, sərt gövdəli şişmə qayıqlar, tüstü maskaları, generatorlar və sairlər göndəriləcək".

Müdafiə naziri əlavə edib ki, bununla da ölkəsi Ukraynaya indiyə qədər etdiyi yardımın miqdarı bir milyard dollara çatıb.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
10-05-2024, 12:51 Sabiq rektora hökm oxunub

{sape_links}{sape_article}