Xankəndi şəhərinə prokuror təyin edilib
Tarix: 20-05-2024 14:56 | Bölmə: Xəbərlər
Xankəndi şəhərinə prokuror təyin edilib

Baş prokuror Kamran Əliyevin əmri ilə Rəşadət Orucov Xankəndi şəhər prokuroru təyin edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Baş prokurorluğun mətbuat xidmətindən bildiriblər.

Rəşadət Orucov 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. Əvvəllər Mingəçevir şəhər prokurorluğunun müstəntiq və böyük müstəntiqi, Tovuz rayon prokurorluğun böyük müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində çalışıb. 2019-cu ildən hazırkı vaxtadək Yasamal rayon рrоkurorunun müavini vəzifəsində işləyirdi.

Qeyd edilib ki, Qubadlı rayonunda anadan olan Rəşadət Orucov 8 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 May 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhər prokurorluğu yaradılıb.




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}