Ədliyyə nazirinin səlahiyyətləri artırılıb
Tarix: 22-05-2024 21:25 | Bölmə: Xəbərlər
Ədliyyə nazirinin səlahiyyətləri artırılıb

Azərbaycan prezidenti 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Reyting.az
xəbər verir ki, fərmana əsasən, Ədliyyə nazirinin səlahiyyətləri artırılıb.

Fərmanla, nazir artıq nazirliyin baş idarə və idarə rəislərini vəzifəyə müstəqil şəkildə təyin və azad edə biləcək.

Qeyd edək ki, əvvəllər bu, Azərbaycan prezidenti ilə razılaşdırılmaqla həyata keçirilirdi.




Bölməyə aid digər xəbərlər