Polis Beyləqanda 9 nəfəri saxlayıb - Fotolar
Tarix: 12-07-2025 09:46 | Bölmə: Xəbərlər
Polis Beyləqanda 9 nəfəri saxlayıb

Beyləqan rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 9 nəfər saxlanılıb.

Reyting.az
DİN-nin mətbuat xidmətinə istinadla bildirir ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil etməkdə şübhəli bilinən Elməddin Sadıqov saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 16 ədəd çətənə bitkisi və marixuana aşkarlanıb.

Bundan başqa, polis əməkdaşları rayon ərazisində keçirdikləri digər əməliyyatlar zamanı narkotiklərlə əlaqəli cinayətlərdə şübhəli bilinən daha 8 nəfəri saxlayıb. Həmin şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.





Bölməyə aid digər xəbərlər