Ermənistan parlamentində gərgin anlar yaşanır - Video
Tarix: 29-05-2024 16:43 | Bölmə: Xəbərlər
Ermənistan parlamentində gərgin anlar yaşanır

Ermənistan parlamentinin daimi komissiyalarının birgə iclasında 2023-cü il dövlət büdcəsinin icrasına dair hesabatın müzakirəsi zamanı müxalifətlə iqtidaryönlü deputatlar arasında dava düşüb.

Reyting.az
xəbər verir ki, vəziyyət “Ermənistan” müxalifət blokundan olan deputat Qeqam Manukyanın sualı ilə gərginləşib.

Deputat daxili işlər naziri Vahe Qazaryanın parlamentə gəlməməsinin və komissiyaların iclasında iştirak etməməsinin səbəbini soruşub.

“Gündəliyə daxili işlər naziri Vahe Qazaryan da daxildir. O haradadır? O, gəlməyə qorxur?”,- deyə deputat soruşub.

İclasa sədrlik edən parlamentin Müdafiə və Təhlükəsizlik daimi komissiyasının rəhbəri, hakim “Mülki Müqavilə” partiyasından olan deputat Andranik Köçəryan isə belə deyib:

“Xeyr. Heç kim səndən qorxmur”.

Daha sonra müxalif “Ermənistan” blokunun digər deputatı Aqvan Vardanyan müzakirəyə müdaxilə edib. O, Köçəryanı təmkinli olmağa çağırıb. Lakin bu çağırış Köçəryanın daha da emosional reaksiyasına səbəb olub. O, müxalif həmkarını iclası pozmağa cəhddə ittiham edib.

Nəticədə vəziyyət daha da gərginləşib.



ELÇİN




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}