Nərgiz Absalamovanın həbs müddəti uzadılıb
Tarix: 11-06-2024 13:01 | Bölmə: Xəbərlər
Nərgiz Absalamovanın həbs müddəti uzadılıb

"Abzas Media" işi çərçivəsində həbs edilən Nərgiz Absalamova barəsində olan həbs qətimkan tədbiri üç ay uzadılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar verilib.

Qeyd edək ki, ötən ilin dekabr ayının 1-də N.Absalamova barəsində həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov da eyni ittiham ilə həbs ediliblər.




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}