Ukrayna cəbhəsində vəziyyət dəyişir - Fotolar
Tarix: 24-06-2024 08:23 | Bölmə: Xəbərlər
Ukrayna cəbhəsində vəziyyət dəyişir

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin iki yaşayış məntəqəsinə doğru irəliləyib.

Reyting.az
xəbər verir ki, bu barədə “DeepState” analitikləri öz Telegram kanallarında bildiriblər.

Onların sözlərinə görə, ruslar Sokol və Novoaleksandrovkada irəliləməyi bacarıb.

Qeyd olunur ki, ruslar Vladimirovka və Novopokrovski yaxınlığında da irəliləyib.



Analitiklər hərbi əməliyyatların yeni xəritəsini də dərc ediblər. Xəritədən görünür ki, ruslar xüsusən də Novoaleksandrovka ərazisində üç istiqamətdə irəliləməyə çalışır.

Qeyd edək ki, rus ordusu uzun müddətdir Ukraynanın şərqində irəliləmək istəyir. İyunun 23-də axşam saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, düşmən Pokrovski və Kuraxovski istiqamətlərində səylərini cəmləyib. Məlumata görə, Novoaleksandrovka uğrunda şiddətli döyüşlər gedir, Pokrovskidə isə döyüş səngimir.

Ukrayna mediası iddia edir ki, iyunun 22-də təxminən 1270 rus hərbçisi məhv edilib.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}