15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-ın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
11:09 / 18-09-2025
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
10:57 / 18-09-2025
Yaponiya 100 illik rekorda imza atıb
10:57 / 18-09-2025
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzub - 300 minlik əmlakı qaytaracaq
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

16:41 / 13-09-2025

Səmimiyyətdən yoğrulan şeirlər - Təranə Dəmir yazır
Tarix: 29-06-2024 19:15 | Bölmə: Xəbərlər

Təranə DƏMİR
Bu dəfə bir az fərqli baxmaq istədim çox sevdiyim sözə. Həmişə ərkyana döydüyüm qapıya bir ayrı məqamla gəlmək istədim bu dəfə. Dostluğu, yoldaşlığı da qoydum bir kənara. Sözün işığı çağırdı məni. Axı külün altında qoru görənlərdənəm. Odu söndürüb külüylə oynayanları sevmirəm. Ürəyimin istisinə bütün dünya qızına bilər deyə elə bütün ürəklərin də günəş tərəfində dayanmaq istəmişəm həmişə. Sazaq mənlik deyil.
...Zaur Ustac ürək qızdırdığım, günün hansı vaxtında olur-olsun ərklə qapısını (simvolikdi) çaldığım dostlardandı. Baxmayaraq ki, dostluğumuzun yaşı elə də çox deyil, bununla belə aramızda min illik hörmətimiz və ehtiramımız var. Arxalandığım şair həmkarlarımdandı. Sözündən tanıyıram. Hər yazar özünü sözüylə ələ verir. Zaur Ustacın sözü heç vaxt adamı incitməz. Qorxar incitməkdən.
Şairliyi də özünə bənzəyir. Hay-küysüz, utancaq...
Adam onun böyük səmimiyyətindən utanar. Göndərdiyimiz bütün materialları öz balası kimi əzizlər, qoruyar, muğayat olar. Hələ ürəkdolusu minnətdarlığı ilə adamı özünə borclu etməyi də var. Bu da Zaur Ustacın böyük ürək sahibi olmasından irəli gəlir. Bunu təkcə mən demirəm. Zənnimcə onu tanıyan hər kəs mənim dediyimlə razılaşar. Bu ürəklə yaşamağa nə var ki..

Layk (bəyənmə) azarkeşi deyil. Öz hücrəsində, öz səssizliyindədi həmişə. Sakitliyində də özüdü. Kiməsə bənzəməyi də sevməz. Qəribə nizam-intizamı var. Verdiyi sözü həmişə tutar. Bəlkə bu onun vaxtilə ordu sıralarımızdakı xidmətindən irəli gəlir. Axı uzun illər Zaur Ustac vətənə sədaqətlə xidmət edib. Bəlkə sözə bu qədər sadiqliyi də burdan başlayır:
Yurdumun dörd yanını
Hürr görmək istəyirəm
- deyən şairin arzuları yavaş-yavaş çin olur.. Bundan böyük, müqəddəs arzumu var? Kim bilir adam bu arzuya çatmaqçun neçə qat göynəkdən keçib bu çağacan:
Vətəndə əbədi nəğməyə döndün ,
Xudayar, zəfərli çağın mübarək...
Payızda Vətənə bahar gətirdin,
Şəhadət ətirli bağın mübarək.
Bu sətirlərdə sevinci dolu-dolu yaşaya bilməyən şair ürəyinin həsrətini duyursan.. Olumla ölümün, həqiqətlə yalanın mübarizəsində İlahi qələbənin nəfəsi duyulur bu sətirlərdə. Bu qalibiyyətdən, bu zəfərdə şairin də böyük payı var. Qanın, qadanın içindən keçmiş qalibiyyət özü də.. Amma özü bu narahatlığından heç nə demir. Sadəcə yazır.
Ütüsüz, boyasız, rəngsiz. Ağ-qara yazılarında bir özüdü, bir də çox sevdiyi azadlığı.
Üstündən yüz Araz axsın
Torpaq bizim torpağımız.
Güney, Quzey - fərq eləməz,
Oylaq bizim oylağımız.
Canı torpaq, amalı Bütöv Azərbaycandı Zaur Ustacın. Tanrı muradını versin.
Bütün yazılarına ürək qoyan yazardı. Hər sətrində qəlbinin odunu, alovunu duyursan. Şeirlərində qızına bilirsən şairin. Bu da bir ayrı bəxtəvərlikdi.
"Dünya bir pəncərədir", pəncərən olsa, qardaş,
De, heç vaxtın oldumu, pəncərədən baxmağa
- deyir Zaur Ustac.
Yorğunluğunu sözündən tutursan Zaurun. Zamanı qova-qova ömrünü yarılamış şair dincəlməyə vaxt tapmasa da qələmi yerə qoymur.
Onun şeirləri əhvaldan doğan şeirlərdi. Ağına-bozuna baxmadan yazanlardandı həm də. Söz əhvalının hansı səmtinə tuş gəlirsə, elə də yazır. Əsas odur ki, hamısında qəlbinin çırpıntıları var. Əsl şeirlər də səmimiyyətdən doğan şeirlərdi.
Gəzdim qarış-qarış doğma torpağı,
Hər dağda, dərədə izim var mənim.
Hələ keçilməmiş uca dağların
Uca zirvəsində gözüm var mənim!
Vətənə əsgər sevgisi var bu sətirlərdə. Üstəgəl vətəndaş sevgisi. Əsas ürəyindən keçənləri dilə gətirməkdi. Bir də söz deməyə cəsarət də lazımdı. Şeir cəsarətlə yazılmalıdı. Sözü buxovlamaq olmaz.
Bəzən baxarsan ki, bir şeirin gözü, qaşı, əli, ayağı - hər şeyi yerindədi. Amma bircə ruhu yoxdu. Mən belə şeirlərə “ölü şeirlər” deyirəm. Amma Zaur Ustacda həmişə bir cəsarət görürəm. Düşündüyü kimi yazır. Sözü boyamır. Fikrini birbaşa deyir. Tənqiddən də qaçmır. Bilir ki, uğura gedən yol tənqiddən keçir. Əlbəttə əsl tənqiddən. Qərəzdən uzaq.
Zaur Ustacın bir "Yazarlar" yükü də var. Yazılarımızı onun rəhbərlik etdiyi jurnalın səhifələrində görmək xüsusi zövq verir bizə. Çox vaxt özümüzdən xəbərsiz dərc olunuruq. Bu sarıdan da böyük ürəyi var Zaur Ustacın. Çalışqanlığı və yeniliyi ilə seçilənlərdəndi. Həm də sözə məqsədsiz yanaşanlardan.
Zaur Ustac özünə və sözünə arxalanan yazardı. Tanrı qorusun!
Bu yazı da belə doğuldu. Birnəfəsə. Boyasız, bərsiz-bəzəksiz. Elə şairin özü və sözü kimi..
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:16
Dronlar Rusiyaya zərbələr endirib
Bu gün, 12:08
Əli Əsədov Qırğızıstana gedib
Bu gün, 10:57
Yaponiya 100 illik rekorda imza atıb
Bu gün, 10:53
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
Bu gün, 10:17
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
Bu gün, 09:16
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
Bu gün, 08:41
Kiyev yenə PUA-ların hücumuna məruz qalıb
Bu gün, 08:37
Obama Trampın qüsurunu açıqlayıb
Dünən, 16:56
Aİ komissarı Azərbaycana gəlir
Dünən, 16:39
Keçmiş səfirin qızına cinayət işi açılıb
Dünən, 15:01
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
Dünən, 14:27
Toxunuş qızılın kütləsini azaldır
Dünən, 13:49
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
Dünən, 12:39
Deputat: “Güzəşt müddəti uzadılsın”
Dünən, 11:44
İsrailin Qəzzaya hücumları davam edir
Dünən, 11:19
İlham Əliyev Donald Trampa təşəkkür edib
Dünən, 10:09
Sumqayıtda ər arvadını, daha sonra isə özünü öldürüb
Dünən, 09:25
Qurban Qurbanov: "Biz bu oyundan həzz almalıyıq"
16-09-2025, 17:39
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib
16-09-2025, 15:55
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində - Fotolar
16-09-2025, 15:11
Cəlilabadda məktəbli bıçaqlanıb
16-09-2025, 10:59
Nazir: “Müharibə 60 və ya 90 günə bitə bilər”
16-09-2025, 10:28
Tramp qəzetdən 15 milyard dollar təzminat istəyir
16-09-2025, 08:12
Fəalın qətlində təqsirləndirilən şəxsi edam edəcəklər
16-09-2025, 07:55
Rubio: Tramp münaqişəyə son qoymağa çalışır
15-09-2025, 18:00
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
15-09-2025, 17:51
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
15-09-2025, 16:57
İş adamı Vüsal Abbasov həbs edilib
15-09-2025, 14:44
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
15-09-2025, 13:38
Prezident Ərdoğan Qətərə gedib
15-09-2025, 11:23
Təyyarə qəzasından yalnız pilot sağ çıxıb
15-09-2025, 11:09
Füzulinin Qaraxanbəyli kəndinin layihəsi açıqlanıb
15-09-2025, 11:06
İlham Əliyev Xocalıda daha bir kəndə baş çəkib - Fotolar
15-09-2025, 10:22
Donald Tramp İsrailə xəbərdarlıq edib
15-09-2025, 09:34
Bakıda mənzildən meyit tapılıb
15-09-2025, 08:57
Xəzər dənizində zəlzələ baş verib
15-09-2025, 08:08
Husilər silahı yerə qoymağı düşünmürlər
15-09-2025, 07:55
“Çarli Kirk şousu”nu Vens aparacaq
15-09-2025, 07:39
Azərbaycanda Bilik günü qeyd olunur
14-09-2025, 10:29
Dünya çempionatı Bakıda keçiriləcək
14-09-2025, 10:05
İki qəzada üç nəfər həyatını itirib
13-09-2025, 20:48
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
13-09-2025, 15:55
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
13-09-2025, 15:44
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13-09-2025, 12:30
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
13-09-2025, 12:25
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
13-09-2025, 11:12
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13-09-2025, 09:29
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub