Harris Trampın layihəsini məhv etməyə hazırdır
Tarix: 22-07-2024 10:15 | Bölmə: Xəbərlər
Harris Trampın layihəsini məhv etməyə hazırdır

"Prezident Bayden fədakarcasına və vətənpərvər şəkildə həyatı boyu etdiklərini davam etdirir: Amerika və xalqını hər şeydən üstün tutur".

Reyting.az
xəbər verir ki, bunu ABŞ-nın vitse-prezidenti Kamala Harris yazılı açıqlamasında bildirib.

Harris Baydenə ona dəstək verdiyi üçün təşəkkürünü bildirib: "Mən namizədliyə layiq olmaq və qazanmaq niyyətindəyəm".

Demokrat Partiyası ilə ölkəni birləşdirmək üçün əlindən gələni edəcəyini deyən Harris “Donald Trampın ekstremist gündəmini və 2025 Layihəsini məğlub etmək üçün əlindən gələni edəcəyini” vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini geri götürdüyünü və Demokratlar Partiyasından prezidentliyə namizəd kimi Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər