Keçmiş vəkilə dələduzluq ittihamı irəli sürülüb
Tarix: 04-10-2024 10:37 | Bölmə: Xəbərlər
Keçmiş vəkilə dələduzluq ittihamı irəli sürülüb

Rusiyada müstəntiqlər araşdırılan cinayət işi çərçivəsində istintaqla əməkdaşlıqdan imtina edən sabiq vəkil Elman Paşayevə xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürüblər.

TASS xəbər verir ki, keçmiş vəkilin işi üzrə üç şahid dindirilib.

"Elman Paşayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulmuş cinayətin (xüsusilə külli miqdarda dələduzluq) törədilməsində ittiham olunub. Öz növbəsində keçmiş vəkil istintaqla əməkdaşlıqdan imtina edib", - agentliyin hüquq-mühafizə orqanlarındakı həmsöhbəti bildirib.

O qeyd edib ki, təqsirləndirilən şəxsə qarşı cinayət işinin istintaqı çərçivəsində sübutların toplanması davam edir(Report).




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər