Ata və oğul üç nəfəri bıçaqlayıb, ölən var
Tarix: 06-10-2024 09:32 | Bölmə: Xəbərlər
Ata və oğul üç nəfəri bıçaqlayıb, ölən var

Oktyabrın 6-da gecə saat 01:00 radələrində Bakının Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində 1980-ci il təvəllüdlü Etiqad Hacıyev və oğlu İ.Hacıyevin şəxsi münasibətlər zəminində 1977-ci il təvəllüdlü Qurban Məlikova, 1982-ci il təvəllüdlü Könül Məlikovaya və 2003-cü il təvəllüdlü Məzahir Məlikova kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

Reyting.az
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla bildirir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən E.Hacıyev və İ.Hacıyev müəyyən olunaraq saxlanılıblar.

Hadisə nəticəsində Q. Məlikov ölüb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}