Hərbi qulluqçumuz vəfat edib
Tarix: 06-10-2024 21:14 | Bölmə: Xəbərlər
Hərbi qulluqçumuz vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Reyting.az
bildirir ki, Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: "Azərbaycan Ordusunun hərbi qulluqçusu Əsədli Əsgər Firuz oğlunun səhhətinin qəfil pisləşməsi səbəbindən tibb müəssisəsinə təxliyə olunarkən kəskin ürək və ağciyər çatışmazlığından vəfat etməsi faktını təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət etsin!”




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}