Ukraynaya “F-16” qırıcıları göndəriblər
Tarix: 07-10-2024 00:10 | Bölmə: Xəbərlər
Ukraynaya “F-16” qırıcıları göndəriblər

Niderland Ukrayna üçün pilotsuz uçuş aparatlarının (PUA) inkişafı üçün təxminən 400 milyon avro ayırmağı planlaşdırır.

Reyting.az
xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Niderlandın müdafiə naziri Ruben Brekelmans bildirib.

Onun sözlərinə görə, Niderland Ukraynaya dəstəkdə aparıcı rol oynamağa davam edəcək və pilotsuz təyyarələrin fəaliyyət planına təxminən 400 milyon avro ayıracaq.

Bildirilir ki, ölkələr birgə dronların müasir növlərini hazırlamaq, həmçinin ən uğurlu prototiplərin istehsalını sürətləndirmək istəyirlər və onların da təxminən yarısı Niderlandda istehsal olunacaq.

Bundan əvvəl Brekelmans vəd edilən 24 “F-16” qırıcısının ilk partiyasının Ukraynaya çatdırıldığını rəsmən təsdiqləyib. Qalan təyyarələrin yaxın aylarda göndəriləcəyi bildirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}