Qubada pararaşütçü qəza törədərək ölüb
Tarix: 07-10-2024 09:04 | Bölmə: Xəbərlər
Qubada pararaşütçü qəza törədərək ölüb

Quba rayonunda paraşütçü uçuş zamanı qəza edib.

Reyting.az
xəbər verir ki, hadisə dünən rayonun Qırız Dəhnə kəndində qeydə alınıb.

Uzun müddət həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.

Hadisə nəticəsində paraşütçü sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}