Türkiyə Maarif Vəqfi Qarabağda məktəb açmaq istəyir
Tarix: 07-10-2024 11:22 | Bölmə: Xəbərlər
Türkiyə Maarif Vəqfi Qarabağda məktəb açmaq istəyir

Türkiyə Maarif Vəqfi yaxın gələcəkdə Qarabağda da məktəb açmağı nəzərdə tutur.

Bu barədə Vəqfin İdarə Heyətinin sədri Birol Akgün Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunun açılış mərasimində məlumat verib.

O bildirib ki, həmçinin Gəncə və Naxçıvanda da məktəblərin açılması nəzərdə tutulur.

B. Akgün qeyd edib ki, təhsil sahəsində Türkiyə və Azərbaycan arasında əməkdaşlıq sürətlə və uğurla davam edir(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}