Ruslar Xersonu bombalayıb, çoxlu yaralı var - Foto
Tarix: 07-10-2024 16:13 | Bölmə: Xəbərlər
Ruslar Xersonu bombalayıb, çoxlu yaralı var

Oktyabrın 7-də Rusiya qoşunları Xerson şəhərinə dörd hava bombası atıb. İlkin məlumata görə, 19 nəfər, o cümlədən kiçik yaşlı uşaqlar yaralanıb.

Reyting.az
xəbər verir ki, Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, saat 10:30 radələrində rus qoşunları Xersona hava zərbəsi endirib. Şəhərə dörd tənzimlənən hava bombası atılıb.

Rəsmi məlumatda bildirilir ki, əvvəllər dağılmış məktəb və yaşayış binasına zərbə dəyib.

Zərər çəkənlər arasında iki azyaşlı uşaq da var: 2 yaşlı oğlan və 4 yaşlı qız, partlayış xəsarətləri və ayaqlarından qəlpə yaraları alıb.

14 nəfərin tibb müəssisəsinə aparıldığı bildirilir - 6 kişi və 8 qadın.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}