Ruslar Odessa limanına daxil olan gəmini vurub
Tarix: 08-10-2024 08:43 | Bölmə: Xəbərlər
Ruslar Odessa limanına daxil olan gəmini vurub

Rusiya ordusunun Odessaya hava hücumu zamanı raketlərdən biri limandakı Palau bayrağı altında üzən gəmiyə dəyib, nəticədə bir dənizçi həlak olub, beş ekipaj üzvü yaralanıb.

Reyting.az
-ın xəbərinə görə, Odessa hərbi administrasiyasının rəhbəri Oleq Kiper deyib ki, son hücumda həlak olan şəxs Ukrayna vətəndaşı olan liman işçisi, yaralanan 5 nəfər isə xarici ölkə vətəndaşları və gəminin ekipaj üzvləridir.

Baş nazirin müavini Aleksey Kuleba bildirib ki, gəmi “Optima” adlanır və Odessaya hücumdan bir neçə saat əvvəl gəlibmiş:

“Rusiya Federasiyası bu yolla Qara dənizdə gəmiçiliyi məhv etməyə çalışır, ərzaq təhlükəsizliyinə zəmanət vermir. Nəticədə ərzaq idxalından asılı olan həssas regionlarda daha böyük qeyri-sabitlik və beynəlxalq münasibətlərdə gərginlik yaranır”.

Xatırladaq ki, oktyabrın 6-na keçən gecə Yujnı limanında ruslar 6 min ton qarğıdalı daşıyan Sent Kitts və Nevis bayrağı altında üzın “Paresa” adlı gəmini də qəzaya salıblar. Suriya və Misir vətəndaşları olan 15 ekipaj üzvü xəsarət almayıb. “Paresa” Rusiyanın hücumlarına məruz qalan 20-ci mülki gəmidir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər