Rus ordusu Ukraynada yenidən üstünlük qazanır
Tarix: 08-10-2024 10:27 | Bölmə: Xəbərlər
Rus ordusu Ukraynada yenidən üstünlük qazanır

Rusiya ordusu Ukraynanın Beloqorovka ərazisində - Siverskdən şimal-şərqdə irəliləməyə davam edir.

Reyting.az
xəbər verir ki, Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri yeni hesabatlarında rus ordusunun Siverski istiqamətində zirehli hücumlar etdiyini bildirib.

ISW öz hesabatında Ukrayna Silahlı Qüvvələrinin Luqansk qüvvələri qrupunun nümayəndəsinin məlumatlarına da istinad edir. Qeyd edilir ki, Rusiyanın 98-ci hava-desant diviziyasının bölmələri Çasovoy Yar bölgəsində zirehli texnikasız kiçik piyada hücumları həyata keçirir. Bundan əlavə, ruslar Toretskidə də hücumu davam etdirirlər.

Rusiya hərbi zabitləri qoşunların Toretsk şəhərinin mərkəzindəki Rudniçnaya və Torqovaya küçələri ilə irəlilədiyini iddia etsələr də, ISW analitikləri bunun vizual təsdiqini müşahidə etməyiblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər