Baydenin Almaniyaya səfəri təxirə salınıb
Tarix: 08-10-2024 20:28 | Bölmə: Xəbərlər
Baydenin Almaniyaya səfəri təxirə salınıb

ABŞ prezidenti Co Bayden Ukrayna Müdafiə Təmas Qrupunun oktyabrın 12-də ilk dəfə ölkə liderləri səviyyəsində keçiriləcək Ramşteyn görüşündə iştirak etməyəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

Bildirilir ki, bu qərar ABŞ-nın Florida ştatını yaxın vaxtlarda vuracağı gözlənilən “Milton” qasırğasına görə verilib.

“Milton qasırğasının proqnozlaşdırılan yolunu və şiddətini nəzərə alaraq, prezident Bayden ölkənin cənub-şərqindəki “Helen” qasırğasına davam edən cavab tədbirləri ilə yanaşı, “Milton” qasırğasına hazırlıq və cavab tədbirlərinə nəzarət etmək üçün Almaniya və Anqolaya qarşıdan gələn səfərini təxirə salır”, - deyə Ağ evin bəyanatında bildirilib.

Qeyd edək ki, Ramşteyn formatında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun növbəti iclasında müttəfiqlər Ukraynanın NATO-ya daxil olmasını yaxınlaşdıracağı ehtimal olunurdu.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər