Türkiyə öz vətəndaşlarını Livandan köçürür
Tarix: 10-10-2024 09:03 | Bölmə: Xəbərlər
Türkiyə öz vətəndaşlarını Livandan köçürür

İsrailin quru və hava hücumları səbəbindən Livanı tərk etmək istəyən təxminən 2 min Türkiyə vətəndaşının köçürülməsi üçün Mersindən qalxan “TCG Bayraktar” və “TCG Sancaktar” gəmiləri artıq Beyrut limanındadır.

Reyting.az
xəbər verir ki, gəmilər Livana çatdıqdan sonra Milli Müdafiə Nazirliyinin sosial media hesabındakı açıqlamada təxliyə gəmilərinin müdafiəsi üçün əlavə tədbirlərin görüldüyü bildirilib.

“Livandan evakuasiya təhlükəsiz şəkildə həyata keçiriləcək”, - Türkiyə Milli Müdafiə Nazirliyi bəyan edib.

Türkiyənin Beyrutdakı səfiri Əli Barış Ulusoy Livanda təxminən 13-14 min türk vətəndaşı yaşadığını bildirib: “Bugünkü təxliyə əməliyyatı üçün 2 min vətəndaşımız müraciət edib”.

Livandan Türkiyə vətəndaşlarını gətirən iki gəminin bu gün günortadan əvvəl Mersin limanında olması planlaşdırılır. Müraciətlərə əsasən, təxliyə üçün Beyruta yeni təyyarələr göndərilə bilər. Livanı tərk etmək istəyən Türkiyə vətəndaşlarının geri qayıtmasını asanlaşdırmaq üçün qeyri-müntəzəm uçuşların təşkili üçün də hazırlıq görülür. Beyrutdan İstanbula və ya Çukurova Hava Limanına təşkil edilməsi planlaşdırılan uçuşlar ödənişli olacaq.

Onu da qeyd edək ki, təxliyə əməliyyatı çərçivəsində Livana 300 ton humanitar yardım da göndərilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər