Ukrayna hərbçiləri Kurskda pusquya düşüb
Tarix: 11-10-2024 09:32 | Bölmə: Xəbərlər
Ukrayna hərbçiləri Kurskda pusquya düşüb

Avqustun 6-da Ukrayna qoşunları Rusiyanın Kursk bölgəsinə daxil olub. Sentyabrın 12-də ayrı-ayrı Ukrayna qüvvələri əsas qüvvələrlə birləşmək və Rusiyanın minlərlə hərbçisini Ukrayna ilə sərhəddə sıxışdırmaq məqsədi ilə ikinci hücuma başlayıb.

Reyting.az
-ın məlumatına görə, “Forbes” nəşrinin analitiki Devid Axın yazır ki, Ukrayna ordusu Veseloye şəhərinin cənubunda qalıb və orada ən qiymətli avadanlıqlarını itirərək “qəddar pusquya” düşüblər.

Təhlilçinin sözlərinə görə, təxminən sentyabrın 20-də Ukrayna qüvvələri Almaniya istehsalı olan “Marder” döyüş maşınları, İsveçin “CV90” döyüş texnikası və “Strv 122” tankları ilə Veseloyeni Qluşkovo ilə birləşdirən əsas yol boyu hərəkət edib. Ancaq orada rusların 106-cı Hava Desant Diviziyası ilə qarşılaşıb.

Ruslar minatanlardan, artilleriyadan, tank əleyhinə raketlərdən və pilotsuz təyyarələrdən istifadə edərək Ukraynanın sentyabrın 20-də və ondan sonrakı hücumlarını dəf ediblər. Bu həftə 106-cı Hava Desant Diviziyası tərəfindən yayımlanan dron görüntüləri 15 və ya 16 Ukrayna avtomobilinin, o cümlədən ukraynalıların ən yaxşı döyüş maşınlarından bəzilərinin məhv edildiyini göstərir: “CV90”, “Marder”, “M-2” və “Stryker” vurulub.

Kursk əməliyyatında Ukrayna ən yaxşı briqada və batalyonlardan istifadə edir. Analitik yazır ki, hətta bu elit birləşmələr də Veseloye və Qluşkovodan keçməkdə çətinlik çəkirlər. Yəni ukraynalılar bu yaşayış məntəqələrini birləşdirən əsas yol ilə irəliləyə, əsas qüvvələrlə birləşməsələr planlarını reallaşdıra bilməyəcəklər.

Ruslar da ciddi çətinliklərlə üzləşir, eyni zamanda çoxsaylı hərbi texnika itirirlər. Məqalədə qeyd edilir ki, Ukrayna ilə müqayisədə rusların itirə biləcəkləri daha çox texnika var.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər