Ruslar Kiyevə yenidən hücum edib
Tarix: 11-10-2024 09:37 | Bölmə: Xəbərlər
Ruslar Kiyevə yenidən hücum edib

Bu gecə Rusiya ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Ukrayna paytaxtı Kiyevə yenidən hücum edib.

Reyting.az
xəbər verir ki, bu, oktyabr ayı üçün paytaxt şəhərinə edilən sayca beşinci hücumdur.

Paytaxtda hava hücumundan müdafiə sistemi fəaliyyətə salınıb.

Kiyev Şəhər Dövlət Administrasiyasının məlumatına görə, paytaxtda hava hücumu xəbərdarlığı üç saatdan çox davam edib.

“Hava hücumundan müdafiə qüvvələri və vasitələri ilə paytaxtı təhdid edən bütün düşmən PUA-ları zərərsizləşdirilib”, - Kiyev rəhbərliyi qeyd edib.

Qeyd edək ki, əməliyyat hesabatı məlumatları yenilənir və dəqiqləşdirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər