Hindistan Ukraynaya izahat vermək istəmir
Tarix: 14-10-2024 00:02 | Bölmə: Xəbərlər
Hindistan Ukraynaya izahat vermək istəmir

Hindistan Çindən sonra Rusiyaya ikili istifadə texnologiyalarının ən böyük tədarükçüsüdür.

Reyting.az
-ın məlumatına görə, "Bloomberg" nəşri Amerika və Avropa rəsmilərinə istinadla yazır ki, Hindistan Rusiyaya ikili istifadə texnologiyaları üzrə öndə gedən ən böyük tədarükçülərdən biridir.

Hindistandan Rusiyaya tədarük edilmiş ixracı məhdud olan mallar - mikroçiplər, mikrosxemlər və dəzgahlardır. 2024-cü ilin aprel ayında bu malların ixracı 60 milyon dolları keçib. Bu isə bir daha sübut edir ki, ilin əvvəlki aylarının statistikasında göstərilmiş rəqəmlər təxminən iki dəfə çoxalıb. Məhz belə müsbət artımın nəticəsi olaraq iyul ayı üçün ixrac 95 milyon dollara çatıb. Yalnız Çin bu rəqəmləri üstələməklə Hindistandan öndə gedir.

Artımın əsas amillərindən biri Rusiyanın Hindistana neft satışından topladığı çox yüksək məbləğdə rupinin Hindistanın milli valyuta ehtiyatı olmasıdır.

Ekspert rəyinə görə, əslində bu ixrac məlumatları göstərir ki, Rusiya Federasiyası hərbi sənaye kompleksində son illərdə istifadə olunan texnologiyaların təxminən beşdə biri Rusiyaya ancaq Hindistandan gətirilir.

Qeyd olunur ki, Ukrayna nümayəndələri Hindistan və Rusiya arasındakı hərbi sahədə davam edən ticarət əlaqələri ilə bağlı hindistanlı həmkarlarından indiyədək konkret cavab ala bilmirlər. Sonuncu dəfə Ukraynanın bu mövzuda sorğusunu cavablandırmaq istəməyən Hindistan Xarici İşlər Nazirliyi bununla bağlı konkret şərh verməkdən imtina edib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər