Marsda yaşamaq mümkün olacaqmı?
Tarix: 14-10-2024 00:13 | Bölmə: Xəbərlər
Marsda yaşamaq mümkün olacaqmı?

"Curiosity" gəmisi Marsın yaşamaq üçün tamamilə yararsız olması ilə bağlı yeni məlumatlar əldə edib.

Reyting.az
xəbər verir ki, Qədim Mars üçün iqlim ssenarilərinin bir çox nəzəri təsdiqi olsa və bəzi şəxslər, hətta "Space"-nin rəhbəri, milyarder İlon Mask qırmızı planetdə yaşamağın mümkünlüyü ilə bağlı iddia irəli sürsələr də, əks-arqumentlər gətirənlər də var.

"Curiosity rover" Marsın yaşayış üçün tam yararsız vəziyyətdə olmasını anlamağa kömək edəcək çox mühüm bir kəşf edib. Tədqiqatçıların rəyinə görə, onlar "Geyl" kraterini ətraflı araşdıran zaman "Curiosity" adlı kosmik gəmi bir məsələni üzə çıxarıb. Bu araşdırmaların son nəticəsində Marsın qədim iqlimini ortaya qoyan karbonatlar adlı unikal minerallar tapılıb. Həmin karbonatlar sübut edir ki, Marsda bir vaxtlar su mənbəyi olsa da, bu, tez buxarlanıb. Bu isə atmosferdə karbon ilə oksigenin ağır izotoplarının buraxılması və sonra karbonatlara daxil edilməsini göstərir. Mövcud minerallar sanki həmin qədim dövrün iqlimi, suyun temperaturu və turşuluğu haqqında məlumatları qeyd edir.

Elm adamları karbonatların necə əmələ gəldiyinə dair iki nəzəriyyə irəli sürüblər.

Birincisi, onların bir-birini əvəz edən yaş və quru dövrlərin səbəbindən meydana gəldiyini ehtimal edirlər.

İkinci nəzəriyyə karbonatların çox aşağı temperaturda və həddindən artıq duzlu suda əmələ gəldiyini isbat etməyə çalışır.

Maraqlıdır ki, Mars karbonatlarında olan izotoplar Yer planetindəki izotoplardan qat-qat ağırdır. Bu, Marsda şəraitin son dərəcə sərt olduğunu göstərir.

Bu kəşf üçün "Curiosity" xüsusi alətlərdən istifadə edib. Alimlərin dediyinə görə, onlardan biri nümunələri çox yüksək temperatura qədər qızdırıb, digəri isə ayrılan qazları analiz edib.

Bu yeni kəşf alimlərə Marsın qədim iqlimi və onun dəyişiklikləri haqqında daha çox məlumat əldə etməyə imkan verib. Eləcə də araşdırmalar bir daha sübut edir ki, Mars iqlimində yaşamaq ancaq kosmik illüziya, xəyaldır.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}