Bakıda 37 yaşlı şəxs öldürülüb
Tarix: 14-10-2024 09:16 | Bölmə: Xəbərlər
Bakıda 37 yaşlı şəxs öldürülüb

Oktyabrın 13-ü gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Səid Əhmədova kəsici alətlə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Reyting.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Məhəmmədəli Əmirxanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}