00:05 / 17-07-2025
Laçında dağlıq ərazidə yanğın olub
22:21 / 16-07-2025
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər
21:46 / 16-07-2025
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - Fotolar
18:40 / 16-07-2025
Deportasiya ilə bağlı veriliş hazırlanıb - Video
18:14 / 16-07-2025
17 yaşlı şəxs Yuxarı Şirvan kanalında batıb
18:05 / 16-07-2025
Ali Rada baş naziri istefaya göndərib
17:21 / 16-07-2025
İlham Əliyev bəzi qanunlara dəyişikliyi təsdiqləyib
17:07 / 16-07-2025
Prezident ipoteka kreditlərinin verilməsi qaydasına dəyişiklik edib
17:05 / 16-07-2025
Ruslar Ukraynanı “İskəndər” raketi ilə vurub
16:52 / 16-07-2025
Bakıda qadın güllələnib: şübhəli şəxs klinika direktoru olan həyat yoldaşıdır - Yenilənib
16:47 / 16-07-2025
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna edilb - Fərman
16:27 / 16-07-2025
Banan qablarında 820 kq kokain aşkar edilib - Foto
15:59 / 16-07-2025
Azərbaycanla Vyetnam arasında beş sənəd imzalanıb
15:48 / 16-07-2025
Paşinyan: Zəngəzur yolunda tək ABŞ deyil, digər ölkələr də maraqlıdır - (Yenilənib)
15:41 / 16-07-2025
Rusiya neftinin dəniz yolu ilə daşınması artıb
15:19 / 16-07-2025
Konsertdə söyüş söyən reper saxlanılıb
15:12 / 16-07-2025
Mədəniyyət Nazirliyinin tenderi ləğv olunub
14:59 / 16-07-2025
Sumqayıtda iki nəfər 67 kq narkotiklə saxlanılıb
14:56 / 16-07-2025
Şakdam doğrudan da casusdur? - İranda yeni qalmaqal
14:44 / 16-07-2025
Oğuzda üzərinə ağac düşən 34 yaşlı şəxs ölüb
14:15 / 16-07-2025
Fransa və daha iki müttəffiqi Ukraynaya silah almaqdan imtina edir
13:51 / 16-07-2025
Böhran ssenarisi: qatarlar 18 milyon insanı qoruyacaq
13:42 / 16-07-2025
Qurbanqulu Berdiməhəmmədov Fəxri xiyabanı ziyarət edib
13:25 / 16-07-2025
Leyla Əliyeva Berdiməhəmmədovun qızı ilə görüşüb - Fotolar
13:19 / 16-07-2025
Həbsdəki sabiq icra başçısı: "4 ildən artıqdır ki..."
13:01 / 16-07-2025
General vəzifədən azad edilib? - Açıqlama
12:42 / 16-07-2025
Sabah 40 dərəcə isti olacaq
12:39 / 16-07-2025
Avropa liderləri Trampı razı sala biliblər
12:30 / 16-07-2025
Dağlıq ərazidə güclü yanğın başlayıb - (Yenilənib)
12:18 / 16-07-2025
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - Fotolar
14:26 / 14-07-2025

12:27 / 12-07-2025

15:19 / 12-07-2025

06:13 / 13-07-2025

13:30 / 13-07-2025

14:30 / 14-07-2025

11:18 / 14-07-2025

09:15 / 14-07-2025

07:40 / 16-07-2025

09:21 / 12-07-2025

17:53 / 14-07-2025

11:24 / 12-07-2025

Faciəli Gülən... - Rahim Telman Sadıqbəyli yazır
Tarix: 22-10-2024 10:24 | Bölmə: Xəbərlər
Rahim Telman Sadıqbəyli
Rejissor, prodüser
İsveç, Stokholm
Hamı öləcək. Napaleon öldü, Hitler də öldü, Stalin də, Fatih Sultan Metmet də, Şah İsmayıl da, Dəli Pyotr da. Mustafa Kamal Paşa Atatürk də. Xomeyni də... Putin də öləcək. Sən də öləcəksən, mən də. Atam rəhmətlik Telman kişi deyərdi ki, ölməyən nakişidir...
Amma burda incə bir məsələ var. Ölmək də var ölmək də... Əsas öləndən sonra ehtiramla xatırlanmaqdır. Kimisi öldükdən sonra “öldü, gorbagor oldu, cəhənnəmə vasil oldu, atəşi bol olsun”,- kimi anılır. Kimisi isə “öldü” əvəzinə - “Vəfat etdi, Allah rəhmət eləsin, ruhu şad olsun, yeri cənnət olsun, yeri uçmaq olsun”,- kimi hörmətlə və dualarla heyfslənərək anılır. Bir adamın xatırlanması “ölümdən başqası yalan” olan dünyadakı yaşamını necə keçirməkdən asılıdır. Böyük Atatürkün qurduğu layiqli cumhuriyyəti qaranlığa sürükləmək istəyən, Orta Asiyada, Azərbaycanda, Avropada, Asiya və Afrika ölkələrində təhsildən tutmuş mediaya qədər, hətta Dövlətin içinə qədər sızmış və ən nəhayət 2015-ci ilin iyulunda Türkiyədə çevrilişə cəhdə qədər irəli gedən böyük bir sistemin başında duran Fətullah Gülən də öldü.
Gəlin “Çüləncilik” kimi tanıdığımız “Hizmet hareketi” (“Xidmət hərəkatı” və ya “Gülən hərəkatı”, “Cəmaət”) adlandırılan bu quruluşun mahiyyəti ilə tanış olaq.
“Çüləncilik” fəaliyyətini Türkiyə və digər ölkələrdə həyata keçirən dini-ideoloji cərəyandır. Gülənçilik Fətullah Gülənin başçılığı ilə 1960-cı ilin sonlarında Türkiyə Respublikasının İzmir şəhərində ortaya çıxmış, sonradan fəaliyyətlərini bütün Türkiyə ərazisində və bir sıra digər ölkələrdə həyata keçirməyə başlamışdır. Gülənçilər klassik nurçuluq içərisində meydana çıxsa da, daha sonra onlardan ayrılmış bir qoldur. Bəzən neo-nurçu cərəyanı kimi də tanınırlar. Türkiyədə baş vermiş 15 iyul hadisələrindən sonra 65-ci Türkiyə hakimiyyəti tərəfindən terror təşkilatı (Fəthullahçı terror örgütü - FETÖ) olaraq elan edilmişdir. Guya əsas məqsədləri Türkiyə Cümhuriyyəti Dövlətinin bütün sistemlərində İslam hökmlərinin işləməsinə nail olaraq, teokratik İslam diktaturasının qurulmasını reallaşdırmaq olan gülənçilər müsəlman olub-olmamasına baxmayaraq, dünyanın əksər ölkəsində universitet, lisey və hazırlıq kursları açır, KİV-in və internetin imkanlarından istifadə edir, eləcə də Fətullah Gülənin kitablarını yayırlar. ABŞ-da, Orta və Şimali Avropada “Gülənçi”lərin iri holdinqləri, məktəblər və xeyli sayda təşkilatları mövcuddur.
Almaniyada, Fillandiyada, İngiltərədə Fransada, İsveçdə, eləcə də bir çox Avropa ölkələrində hər il böyük festivallar, müsabiqələr, iş və sənət adamlarına mükafatlar təqdim edən, multikultural, dinlər və millətlərarası tolerantlıq mövzusunda olan irili-xırdalı yüzlərlə konfrans, musiqi bayramları təşkil edir, məkan olaraq da bəzən bu tədbirlər üçün heç də təsadüf sayılmayan kilsələr seçilirdi. İnancına görə əsasən xristian olan həmin ölkələrin böyük kilsələrə bağlı din xadimlərinin, ictimai və siyasi təbəqənin, hətta millət vəkillərinin, həmçinin bir çox bürokratların, eləcə də bəzən ən üst mövqedə olan Baş və Xarici İşlər nazirlərinin belə tədbirlərdə iştirakını təmin edirdilər.

Fətullah Gülən
FETÖ-nun Rusiya, Ukrayna, Orta Asiya və Azərbaycandakı fəaliyyəti isə sovetlər ittifaqı dağılandan dərhal sonra başlayıb. Artıq bu ölkələrin hər birində bütün Dövlət və hökümət idarələrində hətta yüksək çinli məmurlar içində belə bu “quruluşun” nümayəndələri olan gülənçilərə rast gəlmək olurdu. Din pərdəsi altında siyasi planlarını həyata keçirmək istəyən gülənçilərin ən aktiv olduğu sahə təhsildir. Məqsəd maarifləndirmə yolu ilə beyinləri ələ keçirməkdir. Məlumatlara görə, gülənçilər Türkiyədə 300-dən çox, dünyada isə 1000-dən artıq məktəb və digər təhsil ocaqları açmışlar. Gülənçilərin əsas fəaliyyət istiqamətlərini ümumiləşdirdikdə, dövlətin bütün orqanlarında, əsasən təhsil və hüquq-mühafizə sahəsində öz adamlarını yerləşdirmək, nəzarətlərində olan təhsil müəssisələrinin bütün məzunlarının vahid mərkəzdən idarə olunmasını təmin etmək, hərəkatın fəaliyyətinə maddi dəstək verə biləcək, sərmayə qoyuluşlarını təmin edəcək, xaricdə onlara rəğbət göstərilməsinə nail olacaq xüsusi iş adamları hazırlamaq, cəmiyyətin savadlı qismini müxtəlif variantlarla nəzarət altına almaq, gülənçilərin nəzarətində olan kütləvi informasiya vasitələri ilə cəmiyyətdə təbliğat aparmaq və əhalinin çox hissəsini bu ideologiyaya inandırmaqla Türkiyə Cümhuriyyətini Atatürk ideyalarından çəkindirmək və ölkəni şəriət qanunları ilə idarə edilməsinə nail olmaqdı.
Təşkilatın rəhbəri Fətullah Gülən daim öz şəxsiyyəti ətrafında demokratik insan, təsirli və elmli İslam alimi fikrini yaratmağa çalışırdı. Lakin Türkiyədə baş vermiş 15 iyul hadisələri göstərdi ki, gülənçilər öz planlarını həyata keçirmək üçün radikal addımlar da ata bilirlər. Onlar silaha əl atır, çevriliş və qiyam etməkdən çəkinmirlər. Haqlı olaraq 2015-ci il iyul hadisələrindən sonra Türkiyədə kütləvi həbslər başladı və hörgütün bir çox üzvləri həbs edildilər. Bu, çox uzun bir proses oldu və həbslər bir neçə il davam etdi. Amma və lakin həmin dövrdə bəzən “qurunun oduna yaş da yandı”. Hökumətlə işləyən bəzi dairələr sevmədiyi və biznesinə çökmək üçün iş adamlarını “FETÖ-çüdür!”,- deyə şərlədilər və elə gülənçilərin öz əli həbs etdilər. Onlardan biri də azərbaycanlı iş adamı Mübariz Qurbanoğlu Mənsimov oldu. Mübariz Mənsimovun gülənçi damğasıyla baş tutan həbsi həm Türkiyədə, həm Azərbaycanda, həm də ölkədən kənarda böyük etirazlara səbəb oldu. Onu FETÖ üzvü olmadığını məhkəmə və prokurorlar da bildiyi halda məhkəməsini bilə-bilə uzatdılar və sifarişlə ona hökm oxudular. Bəli, təəssüflər olsun ki, Türkiyədə belə sifarişli həbslər tez-tez olur. Halbuki hətta indiki Türkiyə iqtidarının az qala yarısından çoxu Fətullah Gülənin “toruna” düşmüşdülər.
Bəli, Fətullah Gülən öldü. İslam Cumhuriyyəti qurmaq istəyirdi Türkiyədə. Amma nə hikmətdirsə uzaq Amerikada öldü. Pensilvaniyada. “Kafirlər” məmləkətində.
Xomeyni də 1979-cu ildə Fransadan gəlmişdi İrana. Cumhuri islam qurdu orda... Amma Xomeyni ölsə də, qurduğu Cumhuri islam hələ də yaşayır və nəinki İrandakı xalqa zülm edir, hətta İrandan kənar terrorçuları da bəsləyir. İndi təsəvvür edin 2015 çevrilişi baş tutsaydı nələr ola bilirdi... Gülənin ölməsi belə Türkiyənin “qaranlıq” vəziyyətini işıqlandıra bilməzdi.
Yeri gəlmişkən, bir müddət mən də gülənçilər hörgütünün nəzarətində olan “Samanyolu” televiziyası ilə əməkdaşlıq etmişəm. Amma sonralar onların məqsədlərini anlayıb səssizcə ayrılmışam.
Gülənin ölümü mənə gürcü rejissoru Tengiz Abuladzenin 1987-ci ildə çəkdiyi “Tövbə” filmini xatırlatdı. Filmin sujeti belədir - Bir gürcü şəhərində şəhərin keçmiş meri Varlam Aravidze dəfn edilir. Səhər onun cəsədi oğlu Avelin zəngin evinin yanında tapılır. Meyit yenidən basdırılır, lakin səhərisi gün yenidən qazılıb çıxarılır. Bu, hadisə bir neçə gün təkrarlanır. Deməli, təntənəli dəfn mərasimləri heç də hamıya kədər və qəm-qüssə gətirmir... Nəvəsi Tornikenin də iştirakı ilə Varlam Aravidzenin məzarı başında pusqu qurulur. Naməlum şəxs yenidən Varlam Aravidzenin cəsədini qazmaq üçün məzarına yaxınlaşanda Tornike naməlum şəxsə atəş açır və onu yaralayır. Saxlanılan zaman naməlum şəxsin şəhərin ən yaxşı şirniyyatçısı Ketevan Barateli adlı qadın olduğu üzə çıxır. Ketevan məhkəmədə Varlam Aravidzenin onun ailəsinin ölümündə oynadığı roldan danışır. Ketevanın səkkiz yaşı olanda Varlam Aravidze şəhər meri kimi fəaliyyətə başlayır və saxta ittihamlarla onun rəssam atasını, sonra anası Ninonu həbs etdirir. Məhkəmənin gedişatında o da məlum olur ki, Varlam Aravidzenin dövründə şəhərdə siyasi repressiyalar zamanı çoxlu günahsız insanlar repressiyaya məruz qalıb.
Eşitdiyi bu hekayədən və babası Varlamın hərəkətlərinə haqq qazandırmağa çalışan atası Avel Aravidzenin anlaşılmazlığından şoka düşən nəvə Tornike intihar edir. Bundan sonra Avel Aravidze özü atasının cəsədini qəbirdən çıxarır və qayalardan atır...
Niyə bu film yadıma düşdü? Yazımda vurğuladığım kimi, ölmək də var, ölmək də. Əsas öləndən sonra ehtiramla xatırlanmaqdır.
Bölməyə aid digər xəbərlər

Dünən, 18:40
Deportasiya ilə bağlı veriliş hazırlanıb - Video
Dünən, 18:05
Ali Rada baş naziri istefaya göndərib
Dünən, 17:21
İlham Əliyev bəzi qanunlara dəyişikliyi təsdiqləyib
Dünən, 15:59
Azərbaycanla Vyetnam arasında beş sənəd imzalanıb
Dünən, 15:19
Konsertdə söyüş söyən reper saxlanılıb
Dünən, 14:59
Sumqayıtda iki nəfər 67 kq narkotiklə saxlanılıb
Dünən, 11:08
“Qumar kralı”nın adamları azadlığa buraxılıb
Dünən, 10:22
Tramp Qətərə səfərə gedir
Dünən, 09:54
Goranboyda kütləvi dava: xəsarət alanlar var
Dünən, 08:25
Fələstinin Avropa İttifaqından umacağı var
15-07-2025, 16:53
Ukraynanın baş naziri istefa verib
15-07-2025, 13:52
Kamran Əliyevi iki prokuror təyin edib
15-07-2025, 13:18
Bolqarıstan Avrozonaya qəbul olunub
15-07-2025, 12:10
Əliyev Ərdoğana məktub göndərib
15-07-2025, 10:21
Türkiyənin 60 əyalətində əməliyyat keçirilib
15-07-2025, 09:16
Azərbaycan ərazisində zəlzələ olub
15-07-2025, 07:46
Trampın qərarı Rusiyaya üstünlük qazandırıb?
14-07-2025, 19:42
Sabah Abşeronda qızmar diskomfort hava olacaq
14-07-2025, 18:24
Araz çayında batan uşağın meyiti tapılıb
14-07-2025, 14:59
Oftalmoloq Cahid Şahbazova cinayət işi açılıb - Yenilənib
14-07-2025, 14:18
Anar: “Söz verdiyim kimi vəzifəmdən gedirəm..."
14-07-2025, 13:39
Rusiya miqrantlarla bağlı qanunu sərtləşdirir
14-07-2025, 12:46
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
14-07-2025, 08:45
ABŞ Çini kosmosda da izləyir - Fotolar
14-07-2025, 08:06
Kilsəyə atəş açan şəxs öldürülüb
14-07-2025, 08:01
Ukrayna ordusunda döyüş ruhu aşağı düşüb
14-07-2025, 07:50
Zelenski Nazirlər Kabinetini yeniləyir
14-07-2025, 07:40
Bakıdakı “Taxta bazarı”nda yanğın olub - Foto
12-07-2025, 11:24
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib - Foto
12-07-2025, 11:11
Sumqayıtda kürəkən qayınatasını öldürüb
12-07-2025, 09:46
Polis Beyləqanda 9 nəfəri saxlayıb - Fotolar
11-07-2025, 15:41
Havanın temperaturu 41 dərəcəyə qalxacaq - Xəbərdarlıq
11-07-2025, 13:03
Hovuzlarla bağlı yeni qadağa tətbiq edilib
11-07-2025, 12:09
Prezident daha bir fərman imzalayıb
11-07-2025, 12:07
İlham Əliyev Əmək Məcəlləsinə dəyişikliyi təsdiqləyib
11-07-2025, 11:52
“Yaşayış minimumu haqqında” qanun dəyişib
11-07-2025, 10:31
Ağdamda insan skeleti tapılıb
11-07-2025, 10:24
Abşeronda silah-sursat aşkarlanıb
11-07-2025, 08:25
Keçmiş baş nazir korrupsiyada ittiham olunur
10-07-2025, 15:21
Qarabağlı kəndində tədqiqat başlayıb - Foto
10-07-2025, 15:05
Yer kürəsində gün niyə qısalıb? - Açıqlama
10-07-2025, 13:12
ADY-də yeni sözçü təyinatı olub
10-07-2025, 11:23
Daşnaklar İstintaq Komitəsinin qarşısına toplaşır - Video
10-07-2025, 09:31
Daha bir kollecdə yeni təyinatlar olub
10-07-2025, 09:02
Lavrov-Rubio görüşünün vaxtı məlum olub
10-07-2025, 08:25
Ukrayna münaqişəsi “dərin dövlətin” layihəsidir?
9-07-2025, 23:52
10 israilli girov azad olunacaq
9-07-2025, 22:19
Dağıstanda 270-dən çox adam sudan zəhərlənib