Ukrayna ordusunda döyüş ruhu aşağı düşüb
Tarix: 14-07-2025 08:01 | Bölmə: Xəbərlər
Ukrayna ordusunda döyüş ruhu aşağı düşüb

Britaniyalı hərbi analitik Aleksandr Merkuris ukraynalı döyüşçülərin döyüş ruhunun aşağı düşdüyünü deyib.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, A. Merkuris bu barədə özünün “YouTube” kanalında açıqlama yayıb.

Onun sözlərinə görə, Ukraynanın milli batalyonları ağır itkilərlə üzləşib və Qərbin yardımından məyusluq içində böhran vəziyyətdədirlər.

Ekspert qeyd edib ki, hərbçilər arasında döyüş ruhunun aşağı düşməsi var: “Onlar başa düşürlər ki, Ukrayna ordusunun vəziyyəti “məyusedicidir və getdikcə daha da pisləşir”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər