00:24 / 23-03-2025
Azərbaycan millisi uduzub
13:47 / 21-03-2025
Quzu əti - Hekayə
09:45 / 21-03-2025
Rayonlara qar yağıb
Ceyhun Mərdəliyev Bolqarıstandan ölkəmizə gətirilib
Tarix: 13-02-2025 18:09 | Bölmə: Xəbərlər
Ceyhun Mərdəliyev Bolqarıstandan ölkəmizə gətirilib

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Mərdəliyev Ceyhun Dadaxan oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Bolqarıstan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Reytingaz-a bildirilib ki, Ceyhun Mərdəliyevin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib: "07.02.2025-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ceyhun Mərdəliyev Bolqarıstandan ölkəmizə gətirilib".




Bölməyə aid digər xəbərlər
21-03-2025, 09:08 Ağsuda zəlzələ olub
17-03-2025, 15:19 Müğənni həbs edilib