Nazir MOK-dakı vəzifəsindən uzaqlaşdırılıb
Tarix: 18-02-2025 14:30 | Bölmə: Xəbərlər
Nazir MOK-dakı vəzifəsindən uzaqlaşdırılıb

Xəbər verdiyimiz kimi, bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.

Məlumata görə, siyahıda gənclər və idman naziri Fərid Qayıbov yer almayıb.

Bununla da, ötən seçkidə vitse-prezident seçilən nazir bu vəzifəsini itirib.

Onu bu postda isə güləş üzrə Olimpiya çempionu Fərid Mansurov əvəz edib.

Qeyd edək ki, ötən dəfə vitse-prezident seçilən digər şəxslər - Çingiz Hüseynzadə və Zemfira Meftahətdinova yenidən bu vəzifəyə seçiliblər.




Bölməyə aid digər xəbərlər
19-02-2025, 16:36 Fuad Muradova hökm oxunub
19-02-2025, 12:58 Sabah qar yağacaq
18-02-2025, 14:56 Bakıya qar yağacaq