Suşi yeyənin həyatına təhlükə yaranıb
Tarix: 25-02-2025 13:54 | Bölmə: Xəbərlər
Suşi yeyənin həyatına təhlükə yaranıb

Havaya istirahətə gedən və adı açıqlanmayan turist restoranda suşi yedikdən sonra xəstələnib.

Reyting.az
-ın məlumatına görə, şiddətli ürəkbulanma, qusma və ishal şikayətləri ilə xəstəxanaya gedən şəxsin beynində həkimlər parazit aşkar edib.

Səlahiyyətlilər, turistin tətili zamanı Tayland, Yaponiya və Havayda çiy balıq, ilbiz və buna bənzər qidalar istehlak etdiyini bildirib. Beyində olan parazitin dəniz məhsullarında, xüsusilə şlak və ilbizlərdə daha çox olduğu qeyd edilib.

Las-Veqasın Nevada Universitetinin epidemioloqu Brian Labus xəbərdarlıq edərək deyib ki, heç bir yemək hazırlamaq prosesi tamamilə qüsursuz deyil, hər zaman bir risk var.

Mütəxəssislər bildirirlər ki, bir çox balıq təbii olaraq parazit daşıyır, lakin düzgün dondurulduğu təqdirdə bu parazitlər ölür. Lakin suşidə istifadə edilən balıqlar kifayət qədər dondurulmazsa və ya qeyri-gigiyenik şəraitdə hazırlanırsa, parazitlər insan orqanizmində yenidən aktivləşə bilər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər