Səbail rayon yol polisinin rəisi işdən çıxarıldı
Tarix: 25-02-2019 18:59 | Bölmə: Xəbərlər
Səbail rayon yol polisinin rəisi işdən çıxarıldı

Bakının Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi işdən çıxarılıb.

Reyting.az bildirir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsini polis kapitanı Ramiz Rzayev icra edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər