Göydələnlər şəhərinin yeni görüntüsü yayılıb - Foto
Tarix: 14-04-2025 17:56 | Bölmə: Xəbərlər
Göydələnlər şəhərinin yeni görüntüsü yayılıb

Səudiyyə Ərəbistanının ən böyük tikinti layihəsi olan "Güzgü xətti" göydələnlər şəhəri böyüməyə başlayıb.

Reyting.az
"Naked Science" nəşrinə istinadla bildirir ki, Səudiyyə Ərəbistanının "NEOM" inkişaf agentliyinin baş direktoru vəzifəsini icra edən Cayls Pendlton bu nəhəng, eləcə də iddialı və üfüqi göydələn layihəsi "Güzgü Xətti" tikinti sahəsindən yeni foto yayıb.

Pendltonun fotosunda fəhlələrin bir gün ərzində gördükləri iş, yəni eni 200 metr, hündürlüyü 500 metr, uzunluğu 170 min metr olacaq bu yeni göydələn şəhərin bir hissəsinin artıq beton təməlini tökdükləri əks olunub.

Məlumata görə, artıq "Güzgü Xətti"-nin bir neçə hissəsində təməlqoyma işləri də tamamlanıb və bu göydələnlər şəhərinin tikintisi hazırda daha da hündürlüyə doğru qalxmağa başlayır.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər