Azərbaycanın daha iki rayonunda zəlzələ baş verib - (Yenilənib)
Tarix: 05-06-2025 17:08 | Bölmə: Slayd
Azərbaycanın daha iki rayonunda zəlzələ baş verib - (Yenilənib)

Şamaxı rayonunda baş verib.

Reyting.az
-ın məlumatına görə, zəlzələnin episentri Pirqulu ərazisidir.

Yeraltı təkanlar episentrdə 4 bal, ətraf ərazilərdə 4-3 bal hiss olunub.

***

Şamaxı və Xızı rayonlarında yenidən zəlzələ olub.

Reyting.az
xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildiriblər.

Qeyd edilib ki, 3.1 maqnitudalı zəlzələ yerli vaxtla 16:04-də 4 km dərinlikdə baş verib.

Zəlzələ hiss olunmayıb.

***

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Reyting.az
xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 05.06.2025-ci il tarixində yerli vaxtla saat 16:02-də Şamaxı rayonu ərazisində 7 km dərinlikdə 3.7 maqnituda və 16:04-də 4 km dərinlikdə 3.1 maqnituda zəlzələlər qeydə alınıb.




Bölməyə aid digər xəbərlər