17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Məşhur “TikTok” ulduzu saxlanılıb
Tarix: 11-06-2025 15:24 | Bölmə: Dünya
Məşhur “TikTok” ulduzu saxlanılıb

Dünyanın ən məşhur “TikTok” ulduzlarından biri, 162,2 milyon abunəçisi olan Habi Lame Las-Veqas beynəlxalq hava limanında saxlanılıb.

Reyting.az
“Skynews”ə istinadla xəbər verir ki, İtaliya vətəndaşı olan 25 yaşlı gənc Donald Trampın immiqrasiya siyasətindən sonra ABŞ İmmiqrasiya və Gömrük Xidməti tərəfindən tutulub.

ABŞ-nın adıçəkilən idarəsinin nümayəndəsi deyib:

“Seneqal-İtalyan təsirli şəxs “vizanın müddətini uzatdıqdan” sonra Las-Veqasdakı Harri Rid Beynəlxalq Hava Limanında saxlanılıb”.

Onun sözlərinə görə, Lame aprelin 30-da ABŞ-a daxil olub və 30 gün müddətinə olan vizanın müddətini keçib. Buna görə də tiktokerin artıq bu ölkədə qalmaq hüququ olmayıb və immiqrasiya qanunlarını pozmuş sayılıb.

Yeri gəlmişkən, bir müddət sonra tiktoker azadlığa buraxılıb və Amerikanı tərk edib.

Qeyd edək ki, Habi pandemiya zamanı məşhurlaşıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib