İsrail ordusu daha 13 fələstinlini öldürüb
Tarix: 28-07-2025 11:05 | Bölmə: Xəbərlər
İsrail ordusu daha 13 fələstinlini öldürüb

İsrail ordusunun səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrinə hücumu nəticəsində 13 fələstinli ölüb, çoxlu sayda yaralı var.

Reyting.az
beynəlxalq mediaya istinadla bildirir ki, Qəzzanın blokadasını gücləndirib, yardımları məhdudlaşdıraraq humanitar fəlakətə səbəb olan İsrail, köçkün fələstinlilərin çadırlarını, yardım istəyən mülki vətəndaşları və yaşayış məntəqələrini hədəfə alıb.

İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunisin qərbindəki əl-Məvasi bölgəsində “Zareb” ailəsinə məxsus evi bombalaması nəticəsində 5 fələstinli həlak olub.

İsrail ordusunun Xan Yunisin qərbində “Növfəl” ailəsinə məxsus üç mərtəbəli evi hədəf alması nəticəsində 5 fələstinli ölüb, 30-dan çoxu yaralanıb.

İsrail ordusunun Qəzzanın mərkəzində yerləşən əl-Mağazi qaçqın düşərgəsindəki evi bombalaması nəticəsində 3 fələstinli ölüb, çoxlu sayda yaralı var.

E. KAMAL




Bölməyə aid digər xəbərlər