22:36 / 29-07-2025
XİN-nin mətbuat katibi İran səfiri ilə görüşüb
19:31 / 29-07-2025
Ən sürətli humanoid robotu yaradılıb
19:25 / 29-07-2025
11 min il əvvəl nəsli kəsilmiş heyvanın kəlləsi tapılıb
19:18 / 29-07-2025
Litva Belarusla sərhədə qoşun yeridəcək
18:41 / 29-07-2025
Baş redaktorun cəzası azaldılıb - Məhkəmə
18:34 / 29-07-2025
"Sumqayıt" Səbuhi Abdullazadə ilə müqaviləni yeniləyib
18:02 / 29-07-2025
Qurban Qurbanov: "Sabah daha az güc sərf edib, yaxşı oyun sərgiləyəcəyik"
17:48 / 29-07-2025
Rusiya və Türkiyə diplomatları görüşüb
17:39 / 29-07-2025
"Tiktoker": "Bəli, qeyri-etik yayınlar etmişəm, danmıram, amma..."
17:35 / 29-07-2025
Tramp Çinə səfər etməyə tələsmir
17:24 / 29-07-2025
Sevda Nuriyeva UEFA-dan təyinat alıb
17:01 / 29-07-2025
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
16:49 / 29-07-2025
Azərbaycanda isti hava şəraiti davam edəcək
16:41 / 29-07-2025
Almaniyada helikopter çaya düşüb
16:33 / 29-07-2025
PA-nın keçmiş sözçüsü: “Bağışlayın, məşğulam”
16:33 / 29-07-2025
Altıncı hissin insan bədənindəki yeri tapılıb - Foto
16:20 / 29-07-2025
Elmar Məmmədyarov: "İstəyirsiniz ki, Rusiyaya casusluğu qəbul edim?”
16:08 / 29-07-2025
Əli Əsədov mühasibat uçotu barədə qərar imzalayıb
16:00 / 29-07-2025
"Qarabağ"-"Şelburn" matçına satılan biletlərin sayı açıqlanıb
15:31 / 29-07-2025
Sabiq deputat su problemindən şikayətlənib
15:07 / 29-07-2025
İsazadə: Rusiyada şovinizm yüksək həddə çatıb
14:45 / 29-07-2025
Xəzər dənizində kazino oyunları təşkil ediləcək
14:35 / 29-07-2025
Prezident Dövlət Proqramına dəyişiklik edib - Sərəncam
14:27 / 29-07-2025
Tibb müəssisələrinə direktorlar və müavinlər təyin olunub
14:20 / 29-07-2025
Mərkəz rəhbəri Fikrət Cəfərli həbs edilib
14:12 / 29-07-2025
Oqtay Əsədovun xanımının Rusiyadakı şirkəti gəlirlərini artırıb
13:59 / 29-07-2025
Cəlaloğlu: Sabitlik hər an pozula bilər
13:24 / 29-07-2025
Putin Trampın sülh tələbinə əhəmiyyət vermir
13:23 / 29-07-2025
Sabah 41 dərəcə isti gözlənilir - Proqnoz
14:46 / 25-07-2025

17:33 / 25-07-2025

12:25 / 25-07-2025

16:10 / 25-07-2025

21:34 / 25-07-2025

12:13 / 25-07-2025

15:41 / 25-07-2025

00:02 / 25-07-2025

14:58 / 28-07-2025

13:00 / 25-07-2025

11:32 / 28-07-2025

10:53 / 25-07-2025

Ruben Vardanyanın məhkəməsi davam etdirilib
Tarix: 29-07-2025 17:01 | Bölmə: Xəbərlər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 29-da davam etdirilib.
Reyting.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxs İsa Kəlbiyevin hüquqi varisi - atası Rəhim Kəlbiyev ifadəsində övladının Kəlbəcər rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.
Zərərçəkmiş şəxs Məhəmməd Xəlilinin hüquqi varisi - atası İlqar Xəlilov övladının Xocavənddə düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu söyləyib.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs Kamran İsgəndərli Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış artilleriya mərmisinin yaxınlığında partlaması nəticəsində xəsarət aldığını deyib. O bildirib ki, hadisə zamanı daha üç nəfər həlak olub, yeddi nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Əlifəndi Fərziyev Xocalıda atılmış artilleriya mərmisinin partlaması nəticəsində xəsarətlər aldığını qeyd edib.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Elgün Məmmədli Laçında Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib. O əlavə edib ki, ayağından yaralanıb və qapalı kəllə-beyin travması alıb.
Elçin İsmayılov ifadəsində düşmənin odlu silahdan açdığı atəşlər nəticəsində yaralandığını bildirib.
Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Nadir Rzayev Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış artilleriya mərmisinin partlaması nəticəsində xəsarət aldığını söyləyib.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Pənah Sadıxov Laçında düşmənin müxtəlif silahlardan açdığı atəş nəticəsində yaralandığını diqqətə çatdırıb.
Nurlan İsmayılov ifadəsində Laçında düşmənin açdığı artilleriya atəşi nəticəsində xəsarət aldığını qeyd edib. Vurğulayıb ki, həmin vaxt ondan başqa daha iki nəfər xəsarət alıb, iki nəfər isə həlak olub.
Ələkbər Paşayev ifadəsində Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində qapalı kəllə-beyin travması aldığını bildirib.
Təbriz Məmizadə ifadəsində Kəlbəcərdə açılmış atəş nəticəsində xəsarət aldığını deyib.
Hacıbaba Quliyev isə Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində sağ ayağından yaralandığını qeyd edib.
Zərərçəkmiş digər şəxslər Amin Rəhmətzadə, Murad Babazadə, Ceyhun Quliyev, Elçin Zeynalzadə, Ziyafəddin Ramazanov və Elnur Bədəlov ifadələrində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində xəsarət aldıqlarını söyləyiblər.
Məhkəmənin növbəti iclası avqustun 5-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Bölməyə aid digər xəbərlər

Bu gün, 19:31
Ən sürətli humanoid robotu yaradılıb
Bu gün, 17:48
Rusiya və Türkiyə diplomatları görüşüb
Bu gün, 17:01
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
Bu gün, 16:33
PA-nın keçmiş sözçüsü: “Bağışlayın, məşğulam”
Bu gün, 14:20
Mərkəz rəhbəri Fikrət Cəfərli həbs edilib
Bu gün, 13:12
“Oskar” mükafatı almış filmin rejissorunu saxlayıblar
Bu gün, 12:59
İki nazirin Hollandiyaya girişi qadağan edilib
Bu gün, 10:24
Sumqayıtdakı qəzada bir nəfər ölüb
Bu gün, 08:01
Almaniya hərbi büdcəsini iki dəfə artırır
Dünən, 17:51
Dövlət xadimləri adından saxta açıqlamalar yayılıb
Dünən, 16:34
Cəbrayılda qəza: dörd nəfər xəsarət alıb
Dünən, 14:35
Yevlaxda 63 yaşlı kişi öldürülüb - Yenilənib
Dünən, 13:58
35 yəhudini casusluq ittihamı ilə həbs ediblər
Dünən, 12:53
Nüvə silahı ilə bağlı məxfi məlumatlar oğurlanıb
Dünən, 11:50
Erməniəsilli şəxslər hakim qarşısıan çıxarılıblar
Dünən, 11:15
Yağışlar 279 nəfərin həyatına son qoyub
Dünən, 11:05
İsrail ordusu daha 13 fələstinlini öldürüb
Dünən, 10:19
Paytaxt şəhəri su altında qala bilər
Dünən, 10:03
XİN: "Qəzaya uğrayan təyyarədə azərbaycanlı yoxdur"
Dünən, 08:16
Avropada Trampı tənqid edənlərin sayı artır
Dünən, 08:00
“WhatsApp”da yeni funksiya yaradırlar
Dünən, 07:47
Fələstində uşaqlar acından ölür
27-07-2025, 09:05
Xəzər dənizində zəlzələ olub
26-07-2025, 16:04
Şuşada yanğın nəticəsində mina partlayışları olub
26-07-2025, 09:40
Dəm qazı bir nəfərin həyatına son qoyub
25-07-2025, 23:43
Bakıda ermənilər hakim qarşısına çıxarılıb
25-07-2025, 18:20
Oleq Bakinskiyə hökm oxunub
25-07-2025, 17:15
Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - Video
25-07-2025, 11:08
Təhsil haqlarının artırılması gündəmdə deyil
25-07-2025, 10:53
Tokayev Türkiyəyə səfərə hazırlaşır
25-07-2025, 10:52
Rusiyanın hərbi-sənaye kompleksləri vurulub
25-07-2025, 10:40
Tanınmış iş adamı həbsdən buraxılıb
25-07-2025, 09:56
Goranboyda iki qadın öldürülüb
25-07-2025, 09:25
Rusiyanın 8 hava limanı bağlanıb
25-07-2025, 08:58
Məşhur döyüşçü və aktyor vəfat edib - Foto
25-07-2025, 08:02
Yağış və qarda turşuluq kəskin artıb
25-07-2025, 07:55
Mərkəzi Kəşfiyyat İdarəsi çevriliş planı hazırlayıb
24-07-2025, 18:26
İlham Əliyev Putinə başsağlığı verib
24-07-2025, 15:31
Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib - Yenilənib
24-07-2025, 14:58
Fəxrəddin Pənahov sərəncama götürülüb
24-07-2025, 14:43
Bloqerə görə həkim cəzalandırılıb
24-07-2025, 14:13
Xarkov şəhəri aviabombalarla vurulur
24-07-2025, 13:54
Paşinyan Rusiyada səfərdədir
24-07-2025, 11:29
Sərnişin təyyarəsi ilə əlaqə kəsilib - Yenilənib
24-07-2025, 10:20
Bakıda su problemi yaranıb - Şikayətlər artıb
24-07-2025, 10:03
Məşhur kurort şəhərinə hücum olub
24-07-2025, 09:59
Ramiz Mehdiyevin qızı məhkəmədə uduzub
24-07-2025, 09:19
Yevlaxda 40 yaşlı şəxs öldürülüb