Yağışlar 279 nəfərin həyatına son qoyub
Tarix: 28-07-2025 11:15 | Bölmə: Xəbərlər
Yağışlar 279 nəfərin həyatına son qoyub

Pakistanda musson mövsümü başlayandan bəri leysan yağışlar nəticəsində ən azı 279 nəfər ölüb, 676 nəfər yaralanıb.

Reyting.az
xəbər verir ki, bunu Pakistanın Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatı bildirib.

Musson leysanları zamanı 1500-dən çox binaya ziyan dəyib, yüzlərlə insan təxliyə olunmaq məcburiyyətində qalıb.
Heyvandarlığa və əkinçiliyə xeyli ziyan dəyib.

Məlumata görə, ən çox itkilər Pəncab əyalətində qeydə alınıb:

151 nəfər ölüb, 536 nəfər yaralanıb.

Şimal-qərbdəki Hayber Paxtunxva əyalətində 64 nəfərin öldüyü, 80 nəfərin yaralandığı bildirilir. Sind, Bəlucistan və Gilgit-Baltistan əyalətlərində də ölüm halları qeydə alınıb.

Ölkənin hakimiyyət orqanları insanların həyatını xilas etmək və dəyən ziyanı minimuma endirmək üçün səy göstərir. Meteoroloqların məlumatına görə, güclü yağışlar yaxın günlərdə də davam edəcək.

Qeyd edək ki, Pakistanda musson mövsümü adətən iyundan sentyabr ayına qədər davam edir.

V.QULİYEV




Bölməyə aid digər xəbərlər