Ən sürətli humanoid robotu yaradılıb
Tarix: 29-07-2025 19:31 | Bölmə: Xəbərlər
Ən sürətli humanoid robotu yaradılıb

Çinin "Robotera" adlanan robototexnika startapı yeni nəsil humanoid robotunu - "Robotera L7"-ni təqdim edib. Boyu 175 santimetr olan bu insanabənzər robotun ən sürətli humanoid robot kimi dünyada yeganə nümunə olduğu bildirilir. Yeni robot saatda 14,4 kilometrə qədər sürət yığa bilir.

Reyting.az
-ın məlumatına görə, "Robotera L7" müxtəlif sənaye işlərini də yerinə yetirir.

Yeni robot malların çeşidlənməsi və skan olunmasını, eyni zamanda, elektrik alətləri ilə işləməyə qədər hər bir işi çox dəqiq bacarır.

Bundan əlavə, robot həm də yüksək dinamika qabiliyyətinə malikdir: o, breykdans oynaya, 360 dərəcə fırlana, həmçinin pərdələri ehtiyatla çəkə, kağız dəsmal vərəqlərini qopara bilir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər