Sumqayıtdakı qəzada bir nəfər ölüb
Tarix: 29-07-2025 10:24 | Bölmə: Xəbərlər
Sumqayıtdakı qəzada bir nəfər ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, ölən var.

Məlumata görə, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Avtoqəza zamanı "Kia" markalı minik avtomobilində olan 1992-ci il təvəllüdlü Günel Bəylər qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.(Report)




Bölməyə aid digər xəbərlər