Yasamalda qətl: 45 yaşlı qadın öldürülüb - (Yenilənib)
Tarix: 23-08-2025 11:08 | Bölmə: Xəbərlər
Yasamalda qətl: 45 yaşlı qadın öldürülüb

Avqustun 23-də saat 09 radələrində Bakının Yasamal rayonu ərazisində qətl hadisəsi törədilib.

Reyting.az
APA-ya istinadla bildirir ki, 1980-ci il təvəllüdlü İradə Muradova münaqişə zəminində qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Emil Ağacanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakının Yasamal rayonu ərazisində avqustun 23-də 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumata əsasən, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emin Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli şəxs qismində tutulub.




Bölməyə aid digər xəbərlər