14:28 / 22-08-2025
Baş mühasib həbs olunub
Günəşdə güclü partlayış baş verib
Tarix: 23-08-2025 08:12 | Bölmə: Xəbərlər
Günəşdə güclü partlayış baş verib


Alimlər bu gün Günəşdə “M” sinifli alışma qeydə alıblar.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

“Avqustun 22-də Bakı vaxtı ilə saat 22:51-də rentgen diapazonunda 72 dəqiqə davam edən “M1.7” (S18E87) məşəli qeydə alınıb”, - alimlər bildiriblər.

Eyni zamanda, proqnozlara əsasən, avqustun 23-də maqnit sahəsinin sakit keçəcəyi gözlənilir.

Günəş alovları rentgen şüalanma səviyyəsinə görə beş kateqoriyaya bölünür: A, B, C, M və X. Minimum sinif A0.0 Yer orbitində hər kvadrat metrə 10 nanovat olan radiasiya gücünə uyğundur. Növbəti sinfə keçərkən güc 10 dəfə artır.(Report)




Bölməyə aid digər xəbərlər