Ərdoğan Putini Ankarada gözləyir
Tarix: 01-09-2025 12:37 | Bölmə: Xəbərlər
Ərdoğan Putini Ankarada gözləyir

“Əminəm ki, Türkiyə Ukrayna nizamlanmasında xüsusi rol oynamağa davam edəcək”.

Reyting.az
Rusiya mediasına istinadla bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Ərdoğanla görüşündə deyib.

O, Türkiyəyə istirahətə gələnlərin sayına görə birinci yeri rusların tutduğunu da bildirib.

“Mənə elə gəlir ki, yeni tarixi rekord qeydə alınıb. Respublikaya 6,7 milyondan çox Rusiya vətəndaşı səfər edib. Bu, bir il əvvəllə müqayisədə 6,3 faiz çoxdur”, - Putin qeyd edib.

Rus mediası əlavə edib ki, prezident Ərdoğan Putinə Türkiyəyə səfərini gözlədiyini deyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər