ABŞ özəl torpaqlarda nüvə raketləri üçün siloslar qurur
Tarix: 01-09-2025 13:13 | Bölmə: Dünya
ABŞ özəl torpaqlarda nüvə raketləri üçün siloslar qurur

“LGM-35A” Sentinel proqramı üçün yüzlərlə yeni raket silosunun tikilməsi vaxta və pula qənaət etsə də, onların hamısı federal torpaqlara sığmayacaq. Buna görə də ABŞ şəxsi mülkləri satın alınmalı olacaq.

Reyting.az
xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Endryu Qebaran bildirib.

Hərbçilərin fikrincə, bu yanaşma mövcud silosların konvertasiyası ilə bağlı gecikmələrin qarşısını alacaq, köhnə Minuteman III raketlərinin donanması isə müvəqqəti olaraq döyüş növbətçiliyində qalacaq.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, reallıqda yeni silosların tikintisi kifayət qədər mürəkkəb prosesdir - təkcə onların tikintisinin baha başa gəldiyinə görə deyil, həm də 2040-cı illərə qədər uzana biləcək bürokratik prosedurlara görə.

Bildirilir ki, Hərbi Hava Qüvvələri əlavə ekoloji qiymətləndirmə çərçivəsində silos yerləri seçərkən yerli icmaların fikirlərini nəzərə almağı planlaşdırır.

Qeyd edək ki, “Reference Sentinel” 1970-ci illərdən Amerika nüvə triadasının quruda yerləşən komponenti olan Minuteman III qitələrarası ballistik raketini əvəz etmək üçün nəzərdə tutulub.

Yeni raket əslində ortaya çıxmazdan çox əvvəl problemli olduğu ortaya çıxıb. Məsələn, ABŞ proqramın artan xərcləri ilə bağlı çətinliklər yaşayır.

Əgər əvvəlcə Pentaqon bu layihəyə təqribən 77,7 milyard dollar xərcləməyi planlaşdırırdısa, sonradan hesablamanın 160 milyard dollara çatması ABŞ hərbi rəhbərliyinin narahatlığına səbəb olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər