Rusların iki helikopteri və bir gəmisi vurulub - Foto
Tarix: 01-09-2025 12:48 | Bölmə: Dünya
Rusların iki helikopteri və bir gəmisi vurulub

Ukraynanın Müdafiə Qüvvələri Krım ərazisində Rusiyanın iki “Mi-8” helikopterini və bir yedək gəmisini vurub.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) məlumat yayıb.

Bildirilir ki, GUR qırıcıları Krımda rusların hərbi obyektlərinə zərbələr endirməkdə davam edir.

“Ukrayna Müdafiə Nazirliyinin Krım ərazisində sistemli döyüş işinin daha bir nəticəsi: dronlar Simferopol yaxınlığındakı Qvardeyskoyedəki rus işğalçılarının aviabazasını vurub”,- deyə məlumatda qeyd olunur.



Bildirilir ki, vurulan helikopterlərin təxmini dəyəri 20-30 milyon dollar arasındadır.

Həmçinin Sevastopol körfəzində Rusiya yedək gəmisi, ehtimal ki, “BUK-2190” da vurulub: yarımadada işğalçılara qarşı hava hücumu zamanı Ukrayna kəşfiyyatçıları gəmiyə müvafiq döyüş başlığı göndəriblər.

Bundan əvvəl, avqustun 28-də Krım yarımadası ərazisində GUR dronları Rusiyanın “S-400 Triumf 91N6E” radar stansiyasını vurub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər