Pakistandakı helikopter qəzasında beş nəfər ölüb
Tarix: 01-09-2025 13:07 | Bölmə: Dünya
Pakistandakı helikopter qəzasında beş nəfər ölüb

Pakistanın Gilgit-Baltistan bölgəsində helikopterin qəzaya uğraması nəticəsində beş nəfər ölüb.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, qəza Çilas şəhərində baş verib.

Bölgə polisinin əməkdaşı Əbdül Həmid bölgə rəhbərliyinə məxsus helikopterin yeni uçuş-enmə zolağına enməyə cəhd edərkən qəzaya uğradığını və ilkin məlumatlara görə, beş nəfərin öldüyünü bildirib.

Həmid qeyd edib ki, qəzadan sonra polis və axtarış-xilasetmə qrupları hadisə yerinə gəlib.

Qəzanın səbəbləri ilə bağlı təfərrüatlar açıqlanmasa da, bəzi rəsmilər bunun “texniki xəta” səbəbindən baş verdiyini deyirlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər