ABŞ ordusunun nümayəndə heyəti Kiyevə gəlib
Tarix: 19-11-2025 08:54 | Bölmə: Xəbərlər
ABŞ ordusunun nümayəndə heyəti Kiyevə gəlib

ABŞ nümayəndə heyəti Ukrayna hərbçiləri, deputatlar və prezident Vladimir Zelenski ilə görüşməyi planlaşdırır.

Reyting.az
xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilir ki, Birləşmiş Ştatların Silahlı Qüvvələrinin katibi Den Driskoll və ordunun Baş qərargah rəisi Rendi Corc əvvəlcədən elan olunmamış səfərlə Kiyevə gəliblər.

Nəşrin məlumatına görə, bu ona görədir ki, Birləşmiş Ştatlar müharibənin sonunu sürətləndirmək üçün bir yol tapmağa çalışır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər