Moskvaya hücum edən PUA-lar vurulub
Tarix: 19-11-2025 01:22 | Bölmə: Xəbərlər
Moskvaya hücum edən PUA-lar vurulub

Rusiyanın hava hücumundan müdafiə qüvvələri Moskvaya gedən Ukrayna pilotsuz təyyarəsini vurub. Moskva meri Sergey Sobyanin bu barədə “Telegram” kanalında məlumat verib. Bu, günün əvvəlindən bəri şəhərə yaxınlaşarkən vurulan dördüncü PUA-dır.

Reyting.az
xəbər verir ki, Moskvaya gedən günün ilk pilotsuz təyyarəsi saat 18:23-də vurulub. Təxminən eyni vaxtda Vnukovo və Şeremetyevo hava limanları fəaliyyətini dayandırıb.

Artıq hər iki hava limanı fəaliyyətini bərpa edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, hava hücumundan müdafiə sistemləri 10 saat ərzində Rusiya bölgələri üzərində 18 Ukrayna PUA-sını məhv edib.

PUA-lar saat 13:00 ilə 23:00 arasında Kaluqa, Kursk, Belqorod, Bryansk, Rostov və Tula bölgələrində, eləcə də Moskva vilayətində vurulub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər