Putin: İnsanların ölümünə cavabdeh deyilik
Tarix: 19-12-2025 16:32 | Bölmə: Xəbərlər

Putin: İnsanların ölümünə cavabdeh deyilik

Rusiya lideri Vladimir Putin ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna savaşına son qoymaq üçün təqdim olunan sülh planı ilə bağlı suala cavab verib.

Reyting.az-ın məlumatına görə, "NBC News" telekanalının müxbiri Kir Brennan-Simmonsun "Trampın sülh planı rədd edilərsə, 2026-cı ildə rusların, həm də ukraynalıların ölümünə görə özünüzü cavabdeh sayırsınızmı?" sualına cavabında Putin deyib ki, Rusiya insanların ölümünə görə məsuliyyət daşımır, çünki müharibəni onlar başlamayıblar.

Rusiya dövlət başçısının sözlərinə görə, bu müharibə Ukraynadakı "antikonstitusion silahlı çevrilişdən" sonra başlayıb.

Putin Trampın sülh təşəbbüslərini yüksək qiymətləndirdiyini, Alyaskadakı sammitdə təkliflərlə "praktiki olaraq razılaşdığını" və bütün bunların həm də "çətin qərarlar" tələb etdiyini bildirib.

Putin həmçinin Rusiyanın bu danışıqlara və Ukrayna ilə müharibənin sülhlə başa çatdırılmasına tam hazır olduğunu bir daha vurğulayıb. Prezident əlavə edib ki, indi top qarşı tərəfin, ilk növbədə, Kiyev rejiminin və onun Avropadakı sponsorlarının tərəfindədir.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər