23:03 / 12-07-2025
Əliyev Ərdoğana zəng edib
Şəmkirdə kafe və mağazalar kül oldu - Güclü yanğın
Tarix: 15-10-2019 17:44 | Bölmə: Xəbərlər
Şəmkirdə kafe və mağazalar kül oldu - Güclü yanğın

Şəmkir rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Reyting.az-a verilən məlumata görə, hadisə ümumi sahəsi 2400 kvadratmetr olan tikilidə qeydə alınıb: "Nəticədə bir dam altında tikilən, müxtəlif təyinatlı obyektlər - kafe, mağazalar 464 kvadratmetr sahədə yanıb. Tikililərin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər